Samuxda ev heyvanları peyvənd ediləcək

Samuxda ev heyvanları peyvənd ediləcək

Samux rayonunda ev heyvanlarının peyvənd olunmasına başlanılacaq. Bu barədə SİA-nın bölgə müxbirinə rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov məlumat verib.

Onun sözlərinə görə, profilaktik tədbirlər əsasən qarayara, bruselyoz və quduzluq xəstəliklərinə qarşı aparılacaq. 2 mindən çox ev heyvanından burselyoz xəstəliyinə qarşı qan nümunəsi alınacaq. Peyvənd işləri fevral ayının sonuna qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə