Strasburq Azərbaycan Evinin radio proqramının yayımı təxirə salınıb
Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi və Strasburq Azərbaycan Evinin RBS radiosunda yayımlanan proqram ikinci dəfə təxirə salınıb.
SİA-nın xəbərinə görə, Strasburq Azərbaycan Evindən Diasporla İş üzrə Dövlət Komitəsinə verilən məlumata əsasən, iki həftə əvvəl Radio studiyasının qapıları yandırılmışdır. Hazırda Fransanın hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır. Araşdırmalar başa çatmadığından studiyaya daxil olmaq mümkün deyil.
Proqramın nə vaxt efirə çıxacağı hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB