Paşinyanın yalanlarına aldanan erməni xalqı ANALITIK

Paşinyanın yalanlarına aldanan erməni xalqı ANALITIK

Armenianreport: “Gözləntilər özünü doğrultmayıb – "Məxməri inqilab-2" gəlir”

“Ötənilki məxməri inqilab erməni ictimaiyyətində yeni hakimiyyətdən müəyyən gözləntilər yaratdı və bu tamamilə doğru idi – iki onilliklər boyu biz yoxsulluq və ədalətsizlikdən yorulmuşduq”. SİA xəbər verir ki, bu barədə Ermənistanın armenianreport saytı yazır. Qeyd olunur ki, insanlar Paşinyana dəstək göstərmək üçün küçələrə çıxdılar ki, dövlət idarəçiliyi daha effektiv və ədalətli əsaslara söykənsin, nəticədə həyat səviyyələri keyfiyyətli olsun. Bununla yanaşı, bir çoxları gözləyirdilər ki, pozitiv dəyişikliklər tez və qısa zamanda, maksimum şəkildə həyata keçiriləcək: “Ancaq bir il keçib və demək mümkündür ki, gözləntilər özünü doğrultmayıb”.

“İlin əvvəlindən əhalinin sayı 3,2 min insan azalıb”

Adıçəkilən sayt yazır ki, bunu sübut edən amillərdən biri də Ermənistan əhalisinin ölkəni kütləvi şəkildə tərk etməsidir: “Milli statistika komitəsinin məlumatlarına əsasən, Ermənistan əhalisinin 1 aprel 2019-cu ilə olan sayı 2018-ci ilin analoji sayı ilə müqayisədə 7,8 min insana qədər azalıb. İlin əvvəlindən isə respublikanın əhalisinin sayı 3,2 min insan azalıb...”

Sayt, ölkə əhalisinin sürətlə miqrasiya etdiyini yazır və sual edir ki, Koçaryan-Sarkisyan kriminal-oliqarx rejiminin devrilməsinə, məxməri inqilabın baş tutmasına baxmayaraq, insanlar nəyə görə ölkəni tərk edirlər?

“Nəticədə “köhnə” və “yeni” işsizilər çıxış yolu olmadığına görə, ölkəni tərk edib, qastraybarterlərlə çevrilirlər”

SİTAT: “Cavab birmənalıdır – inqilabdan sonrakı məyusluğa görə. Axı məxməri inqilabdan bir il ötməsinə baxmayaraq, insanların həyatlarında yaxşıya doğru heç nə dəyişilməyib və çətin ki, yaxın vaxtlarda dəyişilsin – bunun üçün heç bir ön şərt də yoxdur. Hətta ən uzağı olsa belə. Halbuki Paşinyanı və onun tərəfdarlarını dinləyərkən, artıq Ermənistanda iqtisadi inqilabın baş tutduğunu eşidərsən ki, həmin iddialarda ölkənin postsovet məkanında ən qabaqcıl iqtisadi ölkələrindən birinə çevriləcəyi iddiaları səslənir. Olsa bilsin ki, baş nazirin rezidentliyindən hər hansı “pozitiv” dəyişikliklər görünə bilsin, lakin biz, sıravi vətəndaşlar onları hiss etmirik. Axı haradan hiss edək ki, ölkədə işsizliyin sayı nəinki azalmayıb, əksinə hökumətin düşünülməmiş fəaliyyəti səbəbindən artıb. Nəticədə “köhnə” və “yeni” işsizilər çıxış yolu olmadığına görə, ölkəni tərk edib, qastraybarterlərlə çevrilirlər”.

“Ölkənin xarici borclarının bağlanması yerinə, hökumət 2019-cu ildə 490 milyon dollar həcmində xarici kredit almağa hazırlaşır və nəticədə Ermənistanın xarici borcu 7 milyard dollara qədər artacaq”

Sayt, yeni iş yerlərinin açılması barədə də danışmağın yeri olmadığını və xarici insvenstisiyaların hesabına işsizliyin aradan qaldırıla bilinməyəcəyini də yazır: “Hətta işinə yeni başlayan iqtisadçı belə anlayır ki, iqtisadiyyatın artımı birbaşa sərmayələrdən asılıdır ki, nəticədə yeni iş yerləri də açılır. Bəs sərmayələrin iqtisadiyyatdan asılılığı nədən ibarət ola bilər? Hakimiyyətin stabil və invenstisiya mühitinin əlverişli olmasından. Ancaq nə bu, nə də digər məsələlərin Ermənistanda müşahidə olunmadığını deyə bilərik. Bunun yerinə biz Paşinyanın bir nöqtədən digər nöqtəyə atlandığını görürük. Ölkənin xarici borclarının bağlanması yerinə, hökumət 2019-cu ildə 490 milyon dollar həcmində xarici kredit almağa hazırlaşır və nəticədə Ermənistanın xarici borcu 7 milyard dollara qədər artacaq. Bəs Paşinyan, ya da onu dəyişəcək şəxs bütün bunları nə ilə ödəyəcək? Koçaryan və Sarkisyanın etdiyi kimi, strateji sferalara və iqtisadiyyata aid olan müəssisələrləmi? Artıq onlar da çoxdan Rusiyanın mülkiyyətindədirlər”.

“Paşinyanın vaxtı praktiki olaraq qalmayıb – o, ya ölkədəki həyat səviyyəsini yaxşılaşdırır, ya da “Məxməri inqilab N2”nin baş verməsi gözlənilə bilər”

“Rəsmi, lakin heç də dolğun görünməyən statistikaya görə, bu il ərzində11 min insan artıq Ermənistanı tərk edib. Bu, 11 min ermənidir ki, Paşinyanın siyasətindən məyus olublar və həyatlarının yaxşılaşması ümidi ilə yaşayırdılar. İnanıram ki, gedənlərin sayı reallıqda daha çoxdur və onların sayı əgər hökumət ekstra ölçülər götürməsə və vəziyyətin düzəlməsinə cəhd göstərməzsə, daha da artacaq”, yazılan analitik yazıda bildirilir ki, Paşinyan bir məsələni də unutmamalıdır: “Paşinyan bir halı unutmamalıdır ki, onun hər bir hesabı sona qədər məhv edilməmiş və hakimiyyətlərini bərpa etmək istəyində olan Koçaryan-Sarkisyan şəxsindəki kontra tərəfindən analiz edilir”.

Armenianreport qeyd edir ki, ölkədə az insan tapılar ki, onlar öncəki hakimiyyətin geri qayıtmasını arzulayır: “Fəqət, indiki kimi yaşamağı da kimsə istəmir. Ona görə də, Paşinyanın vaxtı praktiki olaraq qalmayıb – o, ya ölkədəki həyat səviyyəsini yaxşılaşdırır, ya da “Məxməri inqilab N2”nin baş verməsi gözlənilə bilər. Üçüncü variant da var – xalq Ermənistanı tərk etməyə davam edəcək və hazırkı mənfi miqrasiya saldosu nəticəsində yalnız indiki kimi kəndlər deyil, artıq şəhərlər də boşalacaq. Bu isə artıq birbaşa ölkəmizin milli təhlükəsizliyinə olan ən böyük təhlükədir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə