Yavər Camalov: “Ötən il Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsal həcmi 2,4, mülki məhsulların həcmi isə 7,3 faiz artıb”
Ötən il Azərbaycan (MSN) Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məhsulların istehsal həcmi 2,4 dəfə, mülki məhsulların həcmi isə 7,3 faiz artıb. MSN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə və mülki təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur: "İlk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi 2010-cu ildə qatıldığı 3 beynəlxalq sərgidə ("SOFEX-2010", "MSPO", "AAD-Afrika Aerospace Defence-2010") 60 addan çox məmulat nümayiş etdirib. Eyni zamanda, nazirlik ötən ilin noyabr ayında Özbəkistanda keçirilən Azərbaycan Respublikasının ilk Milli Sərgisində 59 adda ikili və mülki təyinatlı məmulat nümayiş etdirib. Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf edib 20-dən çox dövlətinin 60-dan çox şirkət və firmaları ilə sıx əməkdaşlıq edir".
Yavər Camalov çıxışı zamanı deyib ki, Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün yaradılan bu istehsal sahələri artıq tam gücü ilə fəaliyyət göstərir. Bu zəmində istehsal olunan məmulatların çeşid sayı 17 faiz artıb.
İclasda nazir müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev 2010-cu il üzrə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, sosial və digər sahələrdə fəaliyyətlərinin yekunları barədə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB