Azərbaycan-ABŞ İşçi Qrupunun iclası keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu SİA-ya açıqlamasında deyib ki, İşçi Qrupunun iclası fevralın 7-də Almaniyada baş tutacaq. O, qeyd edib ki, Azərbaycan-ABŞ iş planına əsasən, həmçinin fevralın 2-dən 15-ə qədər hər iki ölkənin hərbçilərinin iştirakı ilə partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə dalğıc kursu keçiriləcək.
Bundan əlavə Estoniyada keçirilməsi nəzərdə tutulan NATO təliminin sinxronlaşma konfransı və Assimetrik Təhdidlərdən Simulator Dəstəkli Müdafiə və idarə edilən dəniz raketləri kursuları da Azərbaycan-ABŞ Qrupunun iş planına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB