“Heydər Əliyevin gördüyü işlərin əvəzi yoxdur və olmayacaq” ÖZƏL - ŞƏRH

“Heydər Əliyevin gördüyü işlərin əvəzi yoxdur və olmayacaq” ÖZƏL - ŞƏRH

"Bütün Azərbaycan başa düşməli və bilməlidir ki, bu gün onlar Ümummilli Lider Heydər Əliyevin çörəyini yeyirlər. Bu gün Heydər Əliyevin qurduğu dövlətin stabilliyidir". Bunu SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.

Təşkilat sədrinin sözlərinə görə, Azərbaycan Heydər Əliyev ağlının və zəkasının gücündən əmələ gələn bir dövlət olub: "Əgər Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan hansısa bir dövlətin müstəmləkəsi altına düşəcəkdi və dövlət kimi yox olacaqdı. Heydər Əliyevin ən böyük uzaqgörənliyi onda oldu ki, O hakimiyyətə gələndə ilkin olaraq atəşkəs rejimini bərpa etdi və iqtisadiyyatın gücləndirilməsi üçün “Əsrin Müqaviləsi”ni gerçəkləşdirdi. Heydər Əliyevin 10 ildə gördüyü iş 50-100 ilə bərabər bir iş idi. Ümummilli Lider gecəsi-gündüzü olmadan dövlətçiliyimizi təsdiq etdirdi və dövlət kimi Azərbaycanı 200 dövlətin içərisində sıraladı. Ən əsası isə Heydər Əliyev bütün dövlətlərlə danışıqlara gedəndə əlində çubuq, önündə xəritə başa salırdı ki, Qarabağ harada yerləşir. Ulu Öndər 1999-cu ildə bir toplantı keçirdi və orada birmənalı olaraq dedi ki, indi ikili standartlar hökm sürür və burada xristian-müsəlman məsələsi var. Bunların müsəlmanları görməyə gözü yoxdur. O zamanlar - Çar dövründə bir erməni dövləti yaratdılar. Bu gün Çarın davamçısı olan Rusiya da həmin işi görür və təşkil edir. Bu gün təsdiq olunan ərazi bütövlüyü məhz Heydər Əliyevin hesabına oldu.

Ümummilli Liderin ən böyük xoşbəxtliyi ondadır ki, O, dövlətimizi imperiyanın caynağından qurtardı. İkinci xoşbəxtliyimiz onda oldu ki, Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında xəstə olarkən Azərbaycan xalqına müraciət etdi ki, əgər İlham Əliyevi prezident seçsəniz, o mənim bütün strateji xəttimi yerinə yetirəcək və hər bir azərbaycanlının Prezidenti olacaq. Ona görə də bu xoşbəxtliklər bizə həmin dövrdən verildi. Ulu Öndər Naxçıvan MR Ali Məclisinin sədri olanda ən böyük xoşbəxtliyin biri də o idi ki, Naxçıvan qorunub saxlanıldı. Naxçıvan şəhəri birmənalı olaraq ermənilərin iştahında idi. Heydər Əliyev hansı bir işə əl atırdısa, onu sonacan başa çatdırırdı. Ümummilli Liderin gördüyü işlərin əvəzi yoxdur və olmayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə