Masallıda “Ətraf mühitə təsirin qiymətləndirilməsi” müzakirə edilib
Masallı rayonunda "Azərbaycan Respublikası İkinci Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" layihəsi çərçivəsində "Ətraf mühitə təsirin qiymətləndirilməsi" mövzusunda ictimaiyyətlə məsləhətləşmələr üzrə geniş yığıncaq keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin Monitorinq və Qiymətləndirmə üzrə mütəxəssisisi Aydın Qeybullaya layihənin məqsədi və əhəmiyyəti barədə danışıb. Sonra layihənin baş meneceri Abdulrahman Tanın layihənin ətraf mühitə təsirləri barədə geniş məlumatı dinlənilib.
Tədbirdə Abdulrahman Tan ona ünvanlanan bir çox suallara aydınlıq gətirib.
Sonda RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Seymur Nuriyev layihənin rayon üçün cox vacib olduğunu vurğulayıb, qonaqlara bu işdə göstərdikləri köməyə görə öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB