Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanır
Azərbaycan Hökuməti tərəfindən İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsi məqsədilə "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi həyata keçirilir. SİA-nın xəbərinə görə, bu layihənin icrası Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin institusional və infrastruktur inkişafı ilə xarakterizə olunacaq.
Layihə çərçivəsində strateji və sektorun yenidənqurulması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Türkiyənin "Ekodenge" şirkəti ilə müqavilə imzalanmışdır. Bu xidmətlərə əsasən, "Ekodenge" şirkətinin beynəlxalq mütəxəssisləri tərəfindən 2 il müddətində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanacaq. Bundan başqa, "Ekodenge" şirkəti tərəfindən demoqrafik göstəricilərə əsasən, tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin hazırlanması planlaşdırılır.
Strateji planın hazırlanması üçün Bakı şəhərinin tullantılarının miqdarı, xarakteri müəyyənləşdiriləcək. Bunun üçün hər fəslin 7 günü Bakıda sınaqlar keçiriləcək. Paytaxtın bütün rayonlarını əhatə edəcək tədqiqatın icrası məqsədi ilə pilot mənzil-istismar sahələri ayrılıb. Məsələn, Nərimanov rayonunda 20 saylı, Yasamalda 24 saylı, Səbayeldə 18 saylı və başqa mənzil-istismar sahələri seçilib. Artıq üç aydır məsləhətçi şirkət işə başlanıb. Bu məsləhət xidməti çərçivəsində treninqlər keçirilib. Mənzil İstismar sahələrinin əməkdaşlarına tullantıların yığılması qaydaları izah olunub. Tullantıların şəhərin küçələrindən yığılması prosesini müşahidə edən məsləhətçilər mühüm qeydlər aparıb. Növbəti mərhələdə isə bərk məişət tullantılarının tərkibinin analizinə başlanıb. Bu məqsədlə tullantıların tərkibinin ayrılması prosesi sınaqdan çıxarılıb. Ortaya çıxa biləcək problemlər nəzərdən keçirilib.
11 rayondan 1-də, Nərimanov rayonu ərazisindəki 20 saylı MİS-in ərazisindəki bir məntəqədə həyata keçirilən sınağa biz də qatıldıq. Maska, əlcək və xüsusi geyimdə olan məsləhətçilər MİS əməkdaşları ilə birgə zibilin növlərə ayrılmasının ilk sınağını keçirdi. Zibil yeşiklərini xüsusi örtüyün üstünə tökdükdən sonra onları xarakterinə görə ayırdılar. Selafanlardakı zibillər ələkdən keçirildi. Hətta səsinə görə fərqlənən selafanlar da ayrıca yığıldı. Lakin bu proses icraçılar üçün əvvəlcədən nəzərə alınmayan bir amilin ortaya çıxması ilə nəticələndi. Belə ki, Bakı şəhərinin küləkli olması zibilin ətrafa yayılmasına, bunun qarşısını almaq üçün əlavə tədbirlər görülməsinə və təbii ki, prosesin uzanmasına səbəb oldu. Məsləhətçi şirkətin direktoru Zeynəb Yöntəmin fikrincə, bu amil gələcəkdə nəzərə alınacaq: "Biz öncə MİS-in maşınları ilə gəzdik.
Tullantıların yığılması prosesində iştirak etdik. Bu prosesdə nəyi nəzərə almalı olduğumuzu, prosesin necə həyata keçirildiyini öyrəndik. Sonra da zibillərin daşınmazdan önzə növlərə ayrılması prosesini sınaqdan çıxardıq. Bakının küləkli olduğunu nəzərə almamışdıq. Sınaqlar da məhz bunun üçündür. Gözlənilməyən, nəzərdən qaçırılan hər detal sınaq prosesində üzə çıxır. Bu cür sınaqlarla nə lazım olduğunu öyrənirik və bunu hesabatımızda əks etdirəcəyik. Bakının zibili bu cür - yəni məntəqələrdə növlərə ayrılmayacaq. Düşünürük ki, ətraf mühitə ziyan vurmamaq, sanitariya qaydalarına əməl etmək üçün zibilin növlərə ayrılmasını poliqonda həyata keçirək".
Mövsümlərdən və günlərdən asılı olaraq, zibilin tərkibi dəyişir. Bakı şəhəri əhalisinin tullantılarının xarakterini müəyyənləşdirmək məqsədi ilə sınaqlar qışdan başlayıb: "Hər bir fəslin 7 günü bu araşdırmalar davam edəcək. Biz bir adama düşən tullantının çəkisini, xarakterini öyrənirik. Bu isə nəinki fəslə, hətta həftənin günlərinə görə dəyişə bilər. Məsələn, şənbə və bazar günləri hər adama düşən tullantının miqdarı çoxalır. Bundan başqa zibilin yığılması üçün nəyə ehtiyac olduğunu da müəyyənləşdirəcəyik. Texnika, işçi qüvvəsi və bunun üçün tələb olunan vəsaiti hesablayacağıq. Bunların hamısı hazırlayacağımız Strategiyada öz əksini tapacaq".
Təhlükəli hesab edilən tibbi tullantılar necə ayrılacaq? Onların toplanması, ayrılması və məhv edilməsi, yaxud yenidən istehsala hazırlanması hansı yolla həyata keçiriləcək? Məsləhətçi şirkətin direktorunun sözlərinə görə, toksiki olan tibbi tullantılar xəstəxanalarda ayrıldığından bu prosesdə ciddi narahatlıqlar olmayacaq: "Toksiki olanlar ayrı yığılır. Onların daşınması və sonrakı taleyini başqa şirkət həll edir. Biz toksiki olmayanları götürəcəyik".
Bu tədqiqatın nəticələrini əks etdirən plan isə 15 ay sonra hazır olacaq. Bu planda Bakı şəhəri əhalisinin tullantılarının miqdarı, onun tərkibinin faizlə göstəriciləri, zibilin yığılması, növlərə ayrılması və yenidən istehsala hazırlanması prosesində təklif olunan yollar və bunun üçün tələb olunan vəsait öz əksini tapacaq. Real iş isə məhz bundan sonra başlayacaq. Hədəf bundan sonra zibilin ətraf mühitə ziyan vurmadan yığılması yollarını müəyyənləşdirməkdir. Məqsədimizə nail olmaq üçün əhali ilə də işləmək lazımdır. Zibillərin xarakterinə görə ayrılması ailələrdən başlanmalıdır. Hər bir evdə zibil ayrılmalıdır. Quru zibillər ayrı, ərzaq qalıqları ayrı toplanmalıdır. Bu proses ailələrdən, evlərdən başlansa, məişət tullantılarının vahid idarəçiliyinin müasir sistemi daha sürətli və sağlam şəkildə qurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB