"Bizim haqq mövqeyimiz Forumda bir daha qorundu" ÖZƏL-MÜNASİBƏT-SƏS TV

"Bizim haqq mövqeyimiz Forumda bir daha qorundu" ÖZƏL-MÜNASİBƏT-SƏS TV

“Bakıda çox möhtəşəm V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox gözəl çıxışı oldu. Bu Forumda müxtəlif təşkilatların fikirləri səsləndirildi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Kəmaləddin Qafarov deyib.

“Xüsusilə Bakı Forumunun mühüm əhəmiyyətini vurğulayan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-OSAYMİN gözəl fikirlərlə çıxış etdi. Orada qeyd olundu ki, Azərbaycan hökuməti, dövləti haqq yolunda bütün ümumdünya beynəlxalq təşkilatların dəstəyini almalıdır. Təbii ki, bizim haqq mövqeyimiz Forumda bir daha qorundu və bu, bütün dünyanın tanınmış aparıcılarının diqqətinə çatdırıldı. Bu cür Forumlar Azərbaycan dövlətinin, dövlətçiliyinin gələcək fəaliyyətində, uğurlarında çox önəmlidir və lazımlıdır. Xüsusilə, beynəlxalq təşkilatların bunları eşitməsi, bilməsi Azərbaycan hökuməti üçün çox böyük önəmə malikdir”-deyə, deputat fikrini tamamlayıb.

Qeyd edək ki, mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə