"Azərbaycan hədəflərinə çatmaq üçün yeni inkişaf modeli müəyyənləşdirib" MÖVQE - ÖZƏL
"Azərbaycan özünün hədəflərinə çatmaqdan ötrü daxili potensialını, qlobal çağırışları və müsbət beynəlxalq təcrübəni nəzərə alaraq yeni inkişaf modeli müəyyənləşdirib". Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib. Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin uğurlu inkişafı ilə bağlı bütün məqamların açıqlandığı deyən deputat söyləyib ki, son 15 ildə bütün dünyada öz iqtisadi potensialını Azərbaycan qədər artıran ölkələrin sayı çox azdır.
Deputat vurğulayıb ki, bu dövrdə Prezident İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi sayəsində milli iqtisadiyyatımızın davamlı inkişafı üçün bütün şərtlər təmin edilib: "Belə məqsədyönlü və prinsipial yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bu gün Azərbaycan iqtisadiyyatı heç bir kənar gücdən və yaxud kənar maliyyə mənbəyindən, kredit təşkilatlarından asılı deyil. Əksinə, özünün güclü iqtisadiyyatına əsaslanan respublikamız ölkə hüdudlarından kənarda genişmiqyaslı investisiya qoyuluşu həyata keçirir. Hazırda respublikamız Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkədir".
Azərbaycanın regionda reallaşdırılan bütün irimiqyaslı layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış etdiyini deyən M.Xəlilov qeyd edib ki, ölkəmiz inamlı inkişaf dinamikasını 2019-cu ilin birinci rübündə də qoruyub saxlayıb: "Hökumətin iclasında deyildiyi kimi ölkəmizin birinci rübdə büdcə daxilolmaları artıb və bununla da əlavə maliyyə resursunun formalaşıb. Dövlət başçısı qeyd etdi ki. ilin əvvəlindən ümumi daxili məhsul,sənaye istehsalı, qeyri-neft sənayesi, kənd təsərrüfatı, əhalinin gəlirlərinin artıb, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Qeyd olunduğu kimi, bu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Bütün bunlar ölkəmizin dinamik inkişafının əyani göstəriciləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB