""Bakı prosesi" yeni tanışlıq və əməkdaşlıqların yaranmasına xidmət edir" AÇIQLAMA - ÖZƏL

""Bakı prosesi" yeni tanışlıq və əməkdaşlıqların yaranmasına xidmət edir" AÇIQLAMA - ÖZƏL

"V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mənim üçün əhəmiyyətli tədbirlərdən biridir. "Bakı prosesi" humanitar dünyanın yaranması üçün yeni ideyaların meydana gəlməsi, tanışlıq və əməkdaşlıqların daha da gücləndirilməsinə xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.

O bildirib ki, forum eyni zamanda yeni tanışlıqlar və həmin tanışlıqlarln sonradan praktiki işlərə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Bunun nəticəsidir ki, TÜRKSOY olaraq "Bakı prosesi" çərçivəsində İSESCO ilə əməkdaşlıq sənədi imzalamışıq. Sənəd hər iki təşkilatın daha da sıx əməkdaşlığını özündə əks etdirir. Mən bu forum çərçivəsində bir çox ölkələrin nazirləri, ziyalıları ilə tanış olmuşam və bu platforma yeni tədbirlərin reallaşdırılması imkanları yaradıb. Bu baxımdan forum TÜRKSOY-un gələcək fəaliyyətini qurması üçün mühüm töhfə verir".

Baş katib qeyd edib ki, imkan daxilində, edilən bütün təklif və dəvətləri yüksək qiymətləndirərək Azərbaycana səfər etməyə çalışır: "Çünki mən Azərbaycanı çox sevirəm, Şəhərimizdə çoxlu sayda dostlarım var. Hesab edirəm ki, etibarlı dostlarla gələcəkdə bir çox işlərə imza atmaq mümkündür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə