"Səudiyyə Ərəbistanı Krallığı beynəlxalq münasibətlər sistemində Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir və daima haqlı davamızıda ölkəmizin yanında olub". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, istər ikitərəfli münasibətlərdə, istərsə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə dərin dostluq və qardaşlıq münasibətlərimiz mövcuddur: "Bu ölkə dünyadakı çox azsaylı ölkələrdən biridir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanı məhz işğalçı ölkə kimi tanıyır və onunla heç bir diplomatik əlaqə qurmur. Bu olduqca ciddi məsələdir. Azərbaycan dövləti və xalqı dost və qardaş ölkənin belə prinsipial mövqeyini olduqca yüksək qiymətləndirir. İƏT Ermənistanı işğalçı ölkə kimi tanıyır ancaq buna baxmayaraq bəzi ölkələr İƏT çərçivəsində Ermənistanı işğalçı ölkə kimi tanısalar da arxa planda onunla hər cür əməkdaşlıq edirlər. Görünür, Səudiyyə Ərəbistanının dini - mənəvi dəyərlərə, diplomatik etikaya və prinsipial siyasi mövqeyə malik olması bəzi mərkəzləri narahat edir. İki ölkə arasındakı dostluq münasibətlərindən narahat olur və müxtəlif vasitələrlə bu münasibətləri korlamağa çalışırlar. Əslində bu cür fəaliyyətlə Ermənistanın işğalçılıq siyasətinə dəstək vermiş olurlar.
Azərbaycan ictimaiyyəti bu tip dezinformasiyaların ölkəmizin informasiya məkanına haradan və nə üçün göndərildiyini bilir və ona inanmırlar. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi kökləri, ciddi mənəvi əsasları və olduqca yaxşı perspektivləri var. Bunu heç bir güc poza bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB