Elxan Şahinoğlu: “Ermənistan Rusiyanın əmirlərini yerinə yetirəcək” RƏY-ÖZƏL

Elxan Şahinoğlu: “Ermənistan Rusiyanın əmirlərini yerinə yetirəcək” RƏY-ÖZƏL

“İlk öncə hələ ki, sözügedən görüş baş tutmayıb”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, sadəcə olaraq, bu bir istəkdir: “Yəni Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iştirakı ilə Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşün baş tutub-tutmayacağı da sual altındadır. ABŞ istəmir ki, Rusiya tək başına vasitəçilik etsin. Bu anlaşılandır. Amma hətta bu görüş olsa belə, bu görüşdən real nəticə gözləmirəm. Çünki ABŞ illərdir bu münaqişənin həll ilə məşğul olmur, baxmayaraq ki, 3 həmsədrdən biridir. Demək olar ki, əsas təşəbbüslər Rusiyadan gəlir. Bizdə istəyərdik ki, ABŞ fəallaşsın. Amma ABŞ hansısa bir plan ortaya qoysa, bunun qəbul olunması çətindir. Çünki Ermənistan Rusiyanın əmirlərini yerinə yetirəcək, Rusiyada imkan verməyəcək ki, ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda reallaşsın. Əgər Rusiya tərəfi bu məsələdə səmimi olsaydı 25 ildə Dağlıq Qarabağ münaqişəsi həll olunardı. Yəni Rusiya Ermənistan hakimiyyətinə təsir etmədiyi üçün Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə