Qabil Hüseynli: “Status-kvonun dəyişməsində ən çox maraqlı olan tərəf ABŞ-dır” RƏY-ÖZƏL

Qabil Hüseynli: “Status-kvonun dəyişməsində ən çox maraqlı olan tərəf ABŞ-dır” RƏY-ÖZƏL

“ATƏT-in Minsk Qrupunun həmsədrləri içərisində ən fəalı olanı və problemin həllini istəyəni ABŞ-dır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə, yəni bunu nə Fransa, nə də ki, Rusiya istəyir: “Bu gün status-kvonun dəyişməsində ən çox maraqlı olan tərəf ABŞ-dır. Çünki ABŞ-ın geostrateji maraqları tələb edir ki, Cənubi Qafqazda həm bu maraqları reallaşdırmaq, həm də enerji və nəqliyyat dəhlizlərindən istifadə etmənin asanlaşdırılması üçün bu münaqişə mütləq həll edilsin. Ona görə də, ABŞ-ın dövlət katibinin köməkçisinin fikirlərini səmimi sayıram. Rusiya bu məsələdə səmimi deyil. Çünki Rusiya uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışır. Çünki, Rusiya birtərəfli qaydada Ermənistanı müdafiə edir. Əgər Rusiyanın bölgədə təsiri və nüfuz dairəsi olmasaydı və həmsədrlərdən biri olmasaydı bu proseslər daha sürətlə qabağa gedərdi, bəlkə də Dağlıq Qarabağ münaqişəsi indi həllini tapmışdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə