İrəvanın mərkəzində mitinq keçirilir

İrəvanın mərkəzində mitinq keçirilir

Taksi sürücüləri İrəvanın mərkəzində mitinq keçirirlər və hələ də Koryun-Abovyan küçələrinin kəsişməsi bağlıdır. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, İrəvanın mərkəzində, Koryun-Abovyan küçələrinin kəsişməsində taksi sürücüləri park məsələsini həll etmək və onlara pulsuz park yerləri vermək üçün etiraz aksiyası keçirirlər. "Biz meriyaya müraciət etdik və bizə heç bir problem olmadığını bildirdilər. Dedilər ki, qoy yol polisi bu işarəni aradan qaldırsın, biz sizi parkla təmin edəcəyik. Meriyanın bu işarəni götürməsi mümkün deyil, yol polisi bununla məşğul olmalıdır, amma o bunu etmir", - deyə sürücülərdən biri bildirib.

Sürücülər həmçinin inzibati xətalar üçün müəyyən edilmiş cərimələrin ləğvini də tələb edirlər. Qeyd edək ki, hazırda kəsişmənin qarşısı bağlıdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücülərin tələblərinə müsbət cavab veriləcəyini söz versələr də sürücülər polis şöbəsinin müdiri Valery Osipyanla görüşmək tələbi ilə prospektin qarşısını kəsiblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə