Millət vəkili: "İranda ölkəmizə qarşı aparılan anti-təbliğat işlərinə qəti şəkildə sözümüzü deməliyik"- AÇIQLAMA
"Mən dəfələrlə çıxışımda qeyd etmişəm və dövlətimiz də bildirib ki, İran bizim qonşumuzdur və İranla bizim ortaq mədəniyyət tariximiz var. Amma buna baxmayaraq çox təəssüf ki, bu gün İranda ölkəmizdə görülən işlər əleyhinə, dövlətimizə qarşı anti-təbliğat aparılır". Bu sözləri millət vəkili Məlahət İbrahimqızı SİA-ya açıqlamasında deyib. İranda 30 milyona yaxın azərbaycanlı türklərinin yaşadığını deyən millət vəkilinin sözlərinə görə, lakin İranda aparılan anti-təbliğat işlərinə göz yummamlı, laqeyd qalmamalıyıq. O vurğulayıb ki, həm İran, həm də Azərbaycan müstəqil dövlət olmaqla yanaşı, həm də beynəlxalq təşkilatlarda eyni hüquqa malikdir.
"Səhər" kanalı uzun illərdir ki, fəaliyyət göstərir. Lakin biz söz, fikir, mətbuat azadlığı məsələsinə görə onlara o qədər də əhəmiyyət vermirdik. Amma təəssüf ki, onlar bizim əhəmiyyət vermədiyimizi, heç bir münasibət göstərmədiyimizi gördükcə əndazələrindən, çərçivədən çıxırlar. Artıq məsələ elə bir həddə gəlib çatıb ki, qəti şəkildə sözümüzü deməliyik. Mən fikirlərimin İranda yayılmasını istəyirəm ki, onların oxucuları da oxuya bilsin. Onlara demək istəyirəm ki, bu gün bütün dünyada İranın söz azadlığına, insan hüquqlarına, demokratiyaya, insan əleyhinə olan fəaliyyətindən danışılır. Azərbaycan isə hər zaman İrana qarşı aparılan etirazlara öz qonşuluq mövqeyi ilə çıxış edərək, bu ölkəni müdafiə etməyə çalışıb. Bu addım istər ulu öndər Heydər Əliyevin, istərsə də dövlət başçısı İlham Əliyevin hakimiyyəti dövründə atılıb. Əgər İran mətbuatı, vətəndaşları, siyasətçiləri bunları unudurlarsa, hesab edirəm ki, bu onların özlərinə ziyandır".
Sözügedən məsələyə İran rəsmilərinin müdaxiləsinin vacibliyini söyləyən M. İbrahimqızının fikrincə, ölkə ictimaiyyəti, siyasətçilərinin məsələyə dair irəli sürdükləri qəti mövqeyindən sonra İranın parlament nümayəndələri, dövlət adamları bu məsələyə son qoymağı özlərinə borc bilməlidirlər.
O qeyd edib ki, əgər İranda mətbuat, söz azadlığı, insan hüquqlarının toxunulmazlığı və digər bu kimi dəyərlər varsa, o zaman İran parlamentində, dövlətində yüksək səviyyədə təmsil olunanlar bu məsələyə göz yumamalıdırlar. O əlavə edib ki, bu məsələ həm də Azərbaycanla İran arasındakı münasibətlərə də xələl gətirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB