"Əgər biz islamofobiyanı, ksenafobiyanı qəbul etmiriksə o zaman multikulturalizmi qəbul etməliyik".

"Əgər biz islamofobiyanı, ksenafobiyanı qəbul etmiriksə o zaman multikulturalizmi qəbul etməliyik".
"Hazırki dövrdə dini müxtəlifliklərdən istifadə edərək bəşəriyyət üçün təhlükələr yaratmaq mümkündür. Yalnış" ideologiyalar" nəticəsində dünyada münaqişə, iğtişaş, islamofobiya, ksenafobiyanın şahidi oluruq". SİA-nın xəbərinə görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxış edərkən deyib. O bildirib ki, multikulturalizmin təşviqdə Azərbaycan öncül yerlərdən tutur: "Bəzi siyasətçilər multikultural dəyərlərin uyğun olmadığını təlqin etmək istəyirlər. Lakin multikultural dəyərlər dünyada əhəmiyyətini getdikcə artırır. 2011-ci ildən həyata keçirilən Forumlarda dini müxtəlifliklərlə bağlı məsələlər müzakirə olunur". M.Qurbanlı qeyd edib ki, dünyada etnosların sayı azalır: "Hər bir etnosun, dilin qorunması üçün qloballaşma prosesə qarşı mübarizədə aparmalıyıq. Əks halda biz bəzi mədəni irqlərin aradan qalxdığını görə bilərik. Azərbaycanda 80-ə yaxın etnos məskunlaşıb. Bu günün özündə erməni millətindən olan vətəndaşlar Azərbaycanda yaşamaqdadır. Bundan başqa digər dinlərin adamları ilə vətəndaşlarımız arasında tolerant münasibət var". Azərbaycanda 2500-ə qədər məscid, 7 kilsə və sinaqoqların fəaliyyət göstərdiyini deyən komitə sədri vurğulayıb ki, bundan başqa ölkəmizdə onlarla dini icmalar fəaliyyət göstərir: "Prezident İlham Əliyevin söylədiyi kimi multikulturalizmin alternativi yoxdur. Əgər biz islamofobiyanı, ksenafobiyanı qəbul etmiriksə o zaman multikulturalizmi qəbul etməliyik".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə