ATƏT-in fəaliyyətdə olan sədri Rusiyada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ATƏT-in fəaliyyətdə olan sədri Rusiyada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis 1 fevral tarixində Moskvaya rəsmi səfər edəcək. SİA-nın xəbərinə görə, səfər çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri həlli uzadılmış münaqişələrin nizamlanması, beynəlxalq təhlükə, enerji təhlükəsizliyi, mətbuat azadlığı kimi bir sıra məsələləri müzakirə edəcək.

 

Audronyus Ajubalis eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Dumanın xarici siyasət komitəsinin rəhbəri Konstantin Kosaçayev, Rusiyanın insan hüquqlarının qorunması üzrə milli əlaqələndiricisi Mixayel Fedetovla görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə