“Prezident Azərbaycanın mövqeyini dünyanın ən nüfuzlu və lider ölkələri sırasında möhkəmləndirəcək”

“Prezident Azərbaycanın mövqeyini dünyanın ən nüfuzlu və lider ölkələri sırasında möhkəmləndirəcək”

"Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib və bu, hər il daha da artmaqdadır". Bu fikirləri Milli Məclisin deputatı Eldar Quliyev Prezident İlham Əliyevin aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında irəli sürülən fikirləri şərh edərkən deyib.

"Təsadüfi deyil ki, hələ bir neçə il öncə dünyada qlobal maliyyə böhranı yarandığı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşdığı dövrlərdə belə ölkəmizin iqtisadi inkişafı öz davamlılığını və stabilliyini qoruya bilmişdi", deyə xatırladan deputatbildirib ki, hələ o zamanlarda ölkəmiz bu ağır sınaqlardan minimal ziyanlara çıxa bilmişdi: "Bu gün Azərbaycan dövləti bir daha öz inkişafı və tərəqqisi ilə sübut edir ki, ölkəmizin təməlində bu reallıq dayanır. Cənab Prezident İlham Əliyevin yeni dövrə uyğunlaşdırılmış şəkildə davam etdirdiyi və strateji əhəmiyyətə malik iqtisadi siyasət kursun uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəli və davamlı inkişafının əsas təməlidir. Artıq bir neçə ildir ki, ölkə Prezidenti bütün sahələrlə yanaşı, aqrar və s. iqtisadi sahələrin inkişafı istiqamətində mühüm tədbirlər görür, qanunvericiliyimizdə dəyişikliklər olunur və yerli fermerlərə, sahibkarlara yaxından köməkliklər göstərilir: "Yaradılan aqroparklar, rayonlarda fəaliyyət göstərən aqrar təsərrüfatlar bu sahənin inkişafında əsaslı rol oynayır. Bu gün kəndlinin öz məhsulunu dünya bazarına çıxarması üçün şərait yaradılır. Azərbaycan dövləti öz brendini dünyaya təqdim edir. Vurğulamaq lazımdır ki, digər ölkələr Azərbaycandan kənd təsərrüfatı məhsulları almaqda maraqlıdırlar. Bu, həm də sahibkarlığa göstərilən diqqət və qayğının bariz göstəricisidir".

Eldar Quliyev bildirib ki, həyata keçirilən uğurlu və inqilabi islahatlar paketi də əldə edilən nailiyyətlərə böyük təkan verir: "Həyata keçirilən hər bir iş, reallaşdırılan hər bir layihə xalqın sosial-iqtisadi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Artıq xalqı narahat edən bir sıra problemlər aradan qaldırılıb, sosial müavinətlərin, pensiya və əmək haqlarının artırılması davamlı xarakter alıb, qaçqın və məcburi köçkünlərə qayğı artırılıb, Qarabağ və əmək veteranlarına da eyni yüksək münasibət göstərilir, həmçinin problemli kreditlərin də həll olunması buraya əlavə edilə bilər. Bütün bunlar sabitliyin, iqtisadi inkişafın məntiqi nəticəsidir və dövlət yalnız xalqına xidmət göstərir. Bunu iclasda cənab İlham Əliyev də vurğulayıb".

"Göründüyü kimi, yüksək statistitk rəqəmlər də kifayət qədər yüksək rəqəmlərdir və iqtisadi sahənin inkişafı öz müsbət effektini göstərir", deyə qeyd edən millət vəkili əlavə edib ki, bu siyasət qarşıdakı illərdə də davam ediriləcək və dövlət başçısı, cənab İlham Əliyev Azərbaycanın mövqeyini dünyanın ən nüfuzlu və lider ölkələri sırasında möhkəmləndirəcək.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə