“Düşünürəm ki, rəsmi görüşlərə məhz Rusiyanın baş naziri Dimitri Medvedevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra start verildi. Təbii ki, bu görüşlərdə də əsas məsələ bir daha Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Ermənistana müəyyən təlimatların verilməsi təşkil edir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
“Hesab edirəm ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm söhbətlər aparılmalıdır. Çünki regional problemlərdən ən mühümü məhz Dağlıq Qarabağ münaqişəsidir. Yəqin ki NATO-Rusiya münasibətləri burada öz əksini tapacaq. Bildiyiniz kimi, Türkiyə-Ermənistan sərhədi NATO-Rusiya sərhədidir. Buna görə də həm iqtisadi, siyasi cəhətdən, həm də hərbi cəhətdən müvafiq istiqamətdə bu görüşdə yəqin ki söhbətlər aparılacaqdır. Çünki Ermənistanda nə qədər ki Qərbin nüfuzu artır Rusiya da çalışır ki, bu nüfuzun qarşısını alsın və müəyyən addımlar atsın. Təbii ki, regional problemlər və Azərbaycan və Ermənistan arasında münasibətlər də bu görüşdə mütləq şəkildə müzakirə obyekti olacaqdır”-deyə, Arzu Nağıyev fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB