2008-ci ildə baş verən maliyyə böhranı ilə Qərbdə sənaye istehsalının aşağı düşməsinə baxmayaraq Çin başda olmaqla bir sıra ölkələrin sürətli inkişafı 2009-cu ildə atmosferə buraxılan zəhərli qaz həcmini azaltmayıb. SİA-nın "Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, Çin 2009-cu ildə havaya ən çox karbon qazı buraxan ölkə olub.
ABŞ Enerji Məlumat İdarəsi havaya ən çox zəhərli qaz buraxan ölkələrin siyahısını hazırlayıb. Siyahıda 7 milyard 711 milyon tonla Çin birinci, 5 milyard 425 milyon tonla ABŞ ikincidir. Daha sonrakı yerlərdə 1 milyard 602 tonla Hindistan, 1 milyard 572 tonla Rusiya və 1 milyard 98 milyon tonla Yaponiya qərarlaşıb. İlk onluqda Avropadan Almaniya və İngiltərə yer alıb.
Ümumilikdə Şimal Amerika və Avropada havaya buraxılan zəhərli qazların miqdarı 6,9 faiz azalıb, Asiya və Okeaniyada isə 7,5 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB