Paşinyanın Medvedev problemi ANALIZ

Paşinyanın Medvedev problemi ANALIZ

Ermənistan mediası erməni baş nazirə xəbərdarlıq mesajları verdi

“Kim düşünə bilərdi ki, Yerevanda keçirilən və Ermənistan - Rusiya hökumət başçılarının - Nikol Paşinyanla Dima (Dmitri) Medvedevin iştirak Avrasiya hökumətlərarası şurasının iclasında nəinki ölkəmizin baş naziri, eləcə də bütün erməni xalqı təhqir olunacaq. Prinsipcə, Ermənistanın Avrasiya İqtisdadi İttifaqında və KTMT-də üzvlüyü artıq şərəf və ləyaqətin aşağılanmasıdır”.

SİA xəbər verir ki, bu barədə Ermənistanın armenianreport saytının siyasi təhlilçisi Tevos Arşakyan “Dima Ayfonçikin “yox”u və ələ salınan Paşinyanın özünü təmizə çıxarması” başlıqlı məqaləsində yazıb.

Məqaləsində Rusiyanın baş nazirini “eybəcər” adlandıran erməni müəllif onun həmyerliləri tərəfindən müxtəlif ləqəblərlə (Ayfonçik, Yekəbaş, Dima-Tvitter və s.) çağırıldığını da yazıb və onun məlum davranışının heç bir - nə insanlıq, nə də protokol çərçivəyə sığmadığını iddia edib.

Paşinyan özünü təmizə çıxarmağa çalışsa da..

Əslində, Rusiyanın baş nazirinin Ermənistan hakimiyyətini və bütövlükdə erməniləri bəlli tərzdə aşağılaması bu xalqın layiq olduğu yerin göstəricisidir. Əbəs deyil ki, ermənilər dünyanın ən oğru və həyasız xalqı kimi elan olunub. Görünür bu səbəbdən, Medvedev ermənilərə müvafiq yerlərini Paşinyanı ələ salaraq göstərib.

Məhz bu məsələdən sonra erməni mediası bütünlüklə Nikol Paşinyana qarşı amansız hücuma keçiblər. Çünki erməni baş nazir rus həmkarının onu ələ salmasını necə deyərlər, malalamağa çalışıb, yəni ört-basdır etməyə cəhd göstərib.

“Yenicə Facebook-a daxil oluram və gözlərimə inanmıram ki,korrupsiya sisteminin qalıqları belə rahatlıqla sosial şəbəkələrdə qasırğa yarada bilirlər”, deyə Paşinyan yazıb.

Beləliklə, bütün bunlara rəğmən, erməni siyasi təhlilçisi yazır: “Aydındır ki, Paşinyan pis oyunda yaxşı nəyisə saxlamağa çalışır. Ancaq onda bu məsələ alınmır. Necə ki, başqa məsələlərdə də. Lakin söhbət onun daxili siyasətindən getmir, ondan gedir ki, o, öz əli ilə Rusiyaya imkan verir ki, yalnız onu deyil, həm də bütün Ermənistanı ələ salsın!”.

Moskva ilə münasibətlərə yenidən baxacağı vədini verən, Ermənistanın Avrasiya İqtisadi İttifaqından və KTMT-dən çıxacağını deyən o deyilmiydi?

Tevos Arşakyan, bəzi xatırlatmaları da edib: “Məgər Yerevana xaç yürüşü edərkən, Ermənistanı Rusiyanın diktəsindən xilas edəcəyini bəyan edən, etiraz hərəkatının qələbə qazanacağı halda Moskva ilə münasibətlərə yenidən baxacağı vədini verən, Ermənistanın Avrasiya İqtisadi İttifaqından və KTMT-dən çıxacağını deyən o deyilmiydi? Və etiraf edilməlidir ki, bu iddialar “şimallı böyük qardaşından” usanan erməni cəmiyyətinin ona simpatiyasını artırdı. Nəyi gizlətməliyik ki, bir çox vətəndaşlarımız küçələrə çıxdılar ki, Paşinyana dəstək versinlər – Rusiyadan canlarını qurtarmaq üçün. Lakin Paşinyan öz vədlərini yerinə yetirmədi – biz nəinki Qərbə tərəf bir millimetr də olsa yaxınlaşmadıq, əksinə, daha çox Rusiyanın qucağına sığındıq”.

Paşinyan Ermənistanı Koçaryan və Sarkisyan dövrlərində olduğu kimi Rusiyadan asılı vəziyyətdədir

Erməni müəllif Paşinyanın Dmitri Medvedevlə gecə klublarını gəzməsinə də toxunub: “Axı kim ondan istəmişdi ki, geniş qucaq açmaqla Dima Atfonçiki qəbul etsin? Üstəlik “mədəni proqram” təşkil edib onu gecə klubuna aparsın. Nəyə görə? Paşinyan Ermənistanı Koçaryan və Sarkisyan dövrlərində olduğu kimi Rusiyadan asılı vəziyyətdədir”.

Daha bir maraqlı məqam, erməni müəllifinin Dmitri Medvedevi təhqir etməkdə davam etməsi və üstəlik, Azərbaycan faktorundan da yan keçməməsi olub. Belə ki, siyasi yazar burada ermənilərin qatı millətçi olduqlarını da özü bilmədən etiraf edib: “Rusiyanın Azərbaycana silah satışı məsələsini, Moskvanın türklərlə əlaqələrinin möhkəmləndirilməsini sərt şəkildə yekəbaşın (Medvedevi nəzərdə tutub-R.N.) qarşısına qoyması yerinə, Paşinyan ona Yerevanda isti qonaqpərvərlik göstərdi. Nəticədə elə bir cavab aldı ki, reytinqi sürətlə aşağı düşdü”.

Tələb - baş nazir postunu tərk elə və Moskva ilə nə ilə istəsən məşğul ol...

Onu da xatırlatmaq yerinə düşərdi ki, son zamanlar Rusiya həqiqətən də Ermənistanı özünün vassalı olmaqla yanaşı, həm də nökəri kimi istifadə edir. Əbəs deyil ki, bu günlərdə Rusiya ermənilərin milli hissləri, Ermənistanın suverenliyi kimi anlamları qətiyyən qəbul etmədiyini nümayiş etdirib. Bu baxımdan, erməni müəllif belə anlamların Moskva üçün boş bir şey olduğunu da yazıb.

Müəllif, ukraynalı deputat Mustafa Nayemlə bağlı “Zvartnots” aeroportunda yaşanan insidenti xatırldabı: “Zvartnots”dakı rusiyalı sərhədçilər ukraynalı deputatı bizim ölkəyə buraxmamağa çalışdılar. Sual olunur, niyə Paşinyan hələ də rus “fsbçiləri” ölkə ərazilərimizdən qovulmayıb? Yoxsa oona ölkəsində sərxoş sifətləri görmək çox xoş gəlir? Anlamıram, bu onun tərəfindən mazoxizmdir, nədir? Yox, əgər onun özünə rusların sado-mazolarından xoşu gəlirsə, bu onun şəxsi problemidir. Baş nazir postunu tərk elə və Moskva ilə nə ilə istəsən məşğul ol. Lakin biz Ermənistanın vətəndaşları olaraq, onun hakimiyyətə gəlməsini ona görə dəstəkləməmişik ki, Rusiya tərəfindən ələ salınaq. Əgər o qısa zamanda bunu anlamasa və buraxdığı səhvləri düzəltməsə, onda ermənilər növbəti dəfə dünyada sübut etməyə çalışacaqlar ki, buranın sahibi kimdir. Hunu necə göstərdiyimizi isə elə Paşinyanın özü 2018-ci ilin aprelində artıq görüb”.
Beləliklə, fakt budur ki, Paşinyanın reytinqinin daha aşağı vəziyyətə düşməsi və xalqın gözü qarşısında Rusiya tərəfindən ipli kukla kimi oynadılması özünün pik həddinə çatıb. Hətta eonu da hetimal etmək mümkündür ki, Kreml Paşinyanı dalana dirəməklə, yenidən köhnə hakimiyyət adamlarını Ermənistanda iqtidara gətirməyi planlaşdırır. Bu baxımdan, erməni xalqında Paşinyana qarşı qıcığın yaranması üçün hər cür vasitədən istifadə edir. Eləcə də Paşinyanın və ermənilərin təhqir olunması reallığı da bu məsələdə öz təsdiqini tapır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə