“Haaretz”: “Obama tarixə "Misiri itirən prezident" olaraq düşəcək”
"ABŞ prezidenti Barak Obama tarixə "Misiri itirən prezident" olaraq düşəcək". SİA-nın məlumatına görə, bu sözləri İsraildə nəşr olunan "Haaretz" qəzeti yazıb. ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin ABŞ tarixinə "İranı itirən prezident" olaraq düşdüyünü yazan qəzetə görə, Barak Obama da Türkiyə, Livan və Misiri itirən prezident olaraq xatırlanacaq.
Qəzet hesab edir ki, indi Obamanın əsas işi üsyanlar başa çatdıqdan sonra bölgənin yeni liderləri ilə əlaqələri inkişaf etdirmək olacaq. Yazıda eyni zamanda bildirilir ki, 1979-cu ildəki İsrail-Misir sülhündən sonra bölgədəki ən əhəmiyyətli hadisə olaraq xarakterizə edilən Misirdəki üsyan İsrail kəşfiyyatı üçün bir kabusa çevrilib. Misirdəki yeni rejimin İsrailə münasibətdə mənfi yanaşma ortaya qoyacağı deyilir. Hakimiyyət dəyişikliyinin Misir və İordaniya ilə əldə edilən sülh razılaşmaları üçün təhlükəyə atma riskinin olduğu bildirilir.
Bu dəyişikliyin böyük ehtimalla İsrail hərbi qüvvələrində dəyişikliyə gətirib çıxaracağı, İsrail iqtisadiyyatına mənfi təsir edəcəyi qeyd edilib. Qəzetdə qeyd olunub ki, İsrailin kəşfiyyat xidməti 2011-ci ildə Misirdə və Səudiyyə Ərəbistanında rejim dəyişikliyi ilə bağlı təxminlər irəli sürsə də xalq üsyanını proqnozlaşdırmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB