“Aprel ayının son günü Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Yeni ayın ilk günündən bu iclasın geniş əks-sədasını görmək, bir vətəndaş, bir yazar olaraq şəxsən mənimçün xoşdur. Bu iclasdakı hesabat xarakterli çıxışlarda, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik” sözlərinə uyğun atılan addımları, əldə edilmiş sonucları, qarşıya qoyulmuş yeni vəzifələri və əlbəttə, o vəzifələrə uyğun potenasilın mövcudluğunu, çalışma əzmini, yüksək siyasi iradəni bir daha gördük; ümidvaram, toplantı qarşı günlərdə də, diqqət mərkəzində olacaq”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, təsbitlərlə, müəyyənləşdirmələrlə süslənmiş, habelə dövlət başçısının bilavasitə səsləndirdiyi iradlarla müşayiət olunan toplantının özü, yeni çağırışlar, təxirəsalınmaz vəzifələrlə mükalimə mövzusudur: “Məmurlar nöqsanlara qarşı hüquqi (dövləti!) məsuliyyətlə, ictimai fikri qidalandıran insanlar dövlətçilik şüuru ilə, vətənpərvərliklə xəlqi duyğuları müstəvi üzərində maddiləşdirməklə ümumi işə töhfə verməlidir: “Əlbəttə, bu iclas, orada irəli sürülmüş fikirlər, dinlənilən hesabatlar, iqtisadçılar, politoloqlar tərəfindən incələnir, təhlil olunur və olunmalıdır da; mən isə, bu yazıda bir qədər fərqli məqamlara toxunmaq istərdim.
Bizim Ana Yasamızda birinci maddə, birinci cümlədə yazılıb: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. “İstiqlal” ordenli Xalq şairi, rəhmətlik Vaqif Səmədoğlusa bir şeirində “…Millət, dövlət zirvəsindən, İnsana enmək vaxtıdır.” deyə yazırdı. Nə gizlədim, dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı nitqi, özəlliklə, (təkrar edirəm)“Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır” kəlamı mənə bu iki qiymətli sözü xatırlatdı. Biri ( -Əsas qanunumuzun ilk müddəası olaraq! - ) hüquqi təfəkkürün, o biri duyğu dolu poetik təfəkkürün məhsulu olaraq, sanki ) “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” kəlamının (əgər belə demək olarsa) fikir qonşularıdır!
Dövlət xalqa yaxın olduğu qədər, onun hisslərinə, duyğularına da yaxın olur. Bu yaxınlıq, daha doğrusu, iç-içəlik (dövlətin xalqın qəlbindən Günəş kimi doğması!) dövlət başçısının sözlərində çiçəkləyir, ətir saçır.
Fikir necə doğulur, nitq necə səmimiyyət saçır, sözlər necə xəlqiləşir? – Hind mütəfəkkiri, dövlət xadimi Mahatama Qandinin ellərə bəlli sxemini (formulunu) xatırlasaq, duyğular-düşüncəyə, düşüncələr fikirlərə, fikirlər hərəkətə, hərəkətlər xarakterə, xarakter taleyə çevrilir. Mən dövlətimizin sosialyönümlü siyasətini, siyasətin mərkəzinə məhz vətəndaşı almasını bir də bu sxemlə qəbul edirəm. Və şükranlığımı bildirirəm: dövlətimə, dövlət başçıma, xalqıma, xalqı düşünən hər kəsə! – Xarakterlilik cəmiyyətin vicdanıdır! Ümummilli Lider deyirdi: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”. Öz taleyini dövlətin taleyi ilə birləşdirmək tarixin unutmayacağı məqamdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB