“Ölkəni idarə etməklə mitinq çıxışları fərqli şeylərdir” PAŞİNYANA EYHAM
“Bir il, anlamağa kifayət edər ki, ölkəni idarə etməklə mitinq çıxışları nə qədər fərqli şeylərdir”. SİA news.am-a istinadən xəbər verir ki, ötən gün bu barədə Facebook səhifəsində Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb.
O, qeyd edib ki, bir il öncə, Ermənistan parlamenti Nikol Paşinyanı 45 səs lehinə və 55 səs əleyhinə baş nazir seçməmişdi.
“Mən bəzi psevdomüxalifətçilərə xatırlatmaq istərdim ki, ötən ilin mayında Paşinyanın namizədliyinə qarşı yeganə səs verməyən güc respublikaçılar oldular”, qeyd edən Şarmazanov həmçinin bildirib ki, tarix sərt və qəddardır: “Kimlər ki, siyasi mübarizəni nifrətə, siyasi konformistliyə və siyasi qastrolluğa çevirirlərsə, tarix onlara qarşı sərt və qəddardır”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB