Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu gün Misirə Azərbaycan vətəndaşlarını evakuasiya etmək üçün təyyarə göndəriləcək. SİA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov bildirib ki, Misirdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşları, eləcə də səfirliyimizin əməkdaşları və onların ailə üzvləri mümkün qədər tez bir zamanda Vətənə gətiriləcək. Qeyd edək ki, hazırda Misirdə 70 Azərbaycan vətəndaşı yaşayır və təhsil alır.
Azərbaycan XİN hazırda Misirdə olan həmvətənlərimizdən xahiş edirik ki, təcili surətdə Azərbaycanın Qahirədəki səfirliyində yaradılmış "Qaynar xətt"ə aşağıdakı telefonlarla zəng etsinlər: 00201 69 14 2848 i 00201 08 15 8628.
Xatırladaq ki, Misirdə kütləvi iğtişaşlar yanvarın 25-dən başlayıb. Siyasi və iqtisadi islahatların keçirilməsi, eləcə də 30 ildir ölkəyə rəhbərlik edən 82 yaşlı Hüsnü Mübarəkin istefası tələbi ilə keçirilən nümayişlər zamanı baş verən toqquşmalarda indiyədək 95-ə yaxın adam həlak olub, 1200-dən çox yaralı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB