Misirdə izdihamlar kommendant saatına məhəl qoymur

Misirdə izdihamlar kommendant saatına məhəl qoymur

Gecənin düşməsinə baxmayaraq minlərlə adam kommendant saatına məhəl qoymayaraq prezident Hüsni Mübarəkin istefasını tələb edir. SİA-nın xəbərinə görə, hökumət qadağan saatının axşamüstü saat 4-dən sonra qüvvəyə minəcəyini bildirib. Lakin insanlar küçələrdən çəkilməkdən imtina edirlər. Qahirənin Təhrir meydanında və ölkənin başqa şəhərlərində nümayişlər davam edir.

Hüsni Mübarək yeni yaratdığı vitse-prezident postuna kəşfiyyat naziri Ömər Süleymanı təyin edib. O, həmçinin aviasiya naziri Əhməd Şafiqi baş nazir təyin edərək ona yeni kabinet təşkil etməyi tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə