Tunisdə gərginlik davam edir

Misirdə gərginlik davam edərkən bir atışma xəbəri də Tunisdən gəlib.

SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, axşam saatlarında Tunisin mərkəzi Həbib Burqiba prospektində öncə iki dəfə atəş səsi eşidilib. Daha sonra isə nümayişçilər əsgərlər qarşısında şüarlar səsləndiriblər. Polisin üzərinə yürüyən nümayişçilər onları da daşlayıblar.

Toqquşma zamanı polis avtobuslarının şüşələri qırılıb, 5 nəfər yaralanıb. Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bütün xəbərlər Facebook səhifəmizdə