Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın Misirdəki hadisələri yaxından izlədiyini bildirib.
SİA-nın xəbərəinə görə, Davudoğlu indiyə qədər Türkiyə vətəndaşlarına yönəlik güc tətbiqinə dair hər hansı məlumat almadıqlarını deyib.
Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda görüşlər keçirən Davudoğlu Türkiyənin Misir xalqını qardaş xalq saydığını söyləyərək ölü və çox sayda yaralının olmasına üzüldüyünü vurğulayıb.
Türkiyənin xarici işlər naziri səfirlik vasitəsilə Misirdəki türk vətəndaşlarının taleyi ilə yaxından maraqlandıqlarını söyləyib: "Vətəndaşlarımızın sükunət içərisində risk təşkil edə biləcək yerlərdən uzaqda olmalarını tövsiyə edirik. Ümid edirik ki, hadisələr dost və qardaş Misir xalqının əmin-amanlığını təmin edəcək şəkildə cərəyan edəcək"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB