Bahar Muradova: “YAP Gənclər Birliyi özünü sübut etmiş təşkilatdır” - AÇIQLAMA
"Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin III Konfransı yüksək əhval-ruhiyyə şəraitində keçdi". SİA-nın məlumatına görə, bu sözləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O, yüksək əhval-ruhiyyənin səbəbini belə izah edib: "Bunun səbəbi YAP-ın indiyədək əldə etdiyi uğurlar və bu uğurların Azərbaycan xalqına məxsus olmasıdır ki, YAP Gənclər Birliyi də bu uğurlada iştirak edir".
B.Muradova qeyd edib ki, Azərbaycan gəncliyi bu gün özünün intibah dövrünü yaşayır, zamanın nəbzinə uyğun inkişaf edir və bütün ölkəmiqyası və beynəlxalq çağırışlara cavab verir: "YAP Gənclər Birliyi özünü sübut etmiş təşkilatdır. Mən bu təşkilatın uğurlarına çox sevinirəm. Yeni seçilmiş heyətə uğurlu fəaliyyət arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB