Məlahət İbrahimqızı: “Gənclər öz gələcəklərini YAP-da görürlər” - AÇIQLAMA

Məlahət İbrahimqızı: “Gənclər öz gələcəklərini YAP-da görürlər” - AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin III Konfransı o qədər möhtəşəm, yüksək səviyyədə, duyğusal keçdi ki, fikirlərimi ifadə etmək üçün söz tapmıram". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, bu konfrans bir daha sübut etdi ki, Azərbaycanın gələcəyi çox etibarlı, güclü, ləyaqətli gənclərin əlindədir.

Millət vəkilinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasətini bugünkü gənclər çox ləyaqətlə davam etdirir.

"Çıxışlardan da göründü ki, YAP Gənclər Birliyinin hər bir üzvü ona hansı sahədə etmad göstərilsə, yüksək səviyyədə bunun öhdəsindən gələcək. Gənclər öz gələcəklərini YAP-da görürlər, ona görə də bu partiyaya böyük axın var. Mən bundan qürur duyuram".

Bütün xəbərlər Facebook səhifəmizdə