Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan qəsəbəsində yerləşən həbsxanasında bir müddət əvvəl uzunmüddətli-ikigünlük başçəkmə həyata keçirib. SİA-nın xəbərinə görə, ombudsman adı çəkilən nazirliyə müraciət edərək, başçəkmə zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını, müvafiq tədbirlərin görülməsini tövsiyə edib.
Bu günlərdə Ombudsmanın MPM qrupunun üzvləri Qobustan həbsxanasına təkrar başçəkmə keçiriblər. SİA-nın xəbərinə görə, bunda məqsəd əvvəlki başçəkmə zamanı aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələrin icrasının araşdırılması olub. Son başçəkmə zamanı müəssisənin giriş qapısında gözləmə yerinin tikilib istifadəyə verildiyi, məhkumlara görüşə gələnlərin öz növbələrini gözləmələri üçün burada lazımi şəraitin yaradıldığı müəyyən edilib. MPM qrupunun üzvləri bir neçə kameraya baxış keçirib, bir sıra məhkumla, o cümlədən ömürlük həbs cəzası çəkən məhkumlarla təkbətək söhbət aparıb, saxlanma şəraitini öyrənib, onlara hüquqlarını izah ediblər.
Söhbət aparılan məhkumlardan bir neçəsi həbsxana rəhbərliyi və əməkdaşları tərəfindən kobud rəftara, təzyiqlərə məruz qaldıqlarını, göstərilən tibb xidmətindən narazı olduqlarını söyləyib, bəzi kameralarda saxlanma şəraitinin mövcud standartlara uyğun olmadığını, müxtəlif ünvanlara yazdıqları müraciətlərin göndərilmədiyini bildiriblər. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Ombudsman bu bəşçəkmənin nəticələri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə nazirinə məktubla müraciət edib, qeyd edilən çatışmazlıqların aradan qaldırılmasını, məhkumların müraciətlərində göstərilən halların araşdırılmasını, qanuna uyğun qaydada müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB