"Azərbaycan və Gürcüstan heç zaman provokasiyaya getməyəcək" ÖZƏL-MÖVQE
“Son günlərdə bəzi Gürcüstan siyasətçiləri Azərbaycana və Azərbaycan xalqına qarşı həqarət yağdırmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışırlar. Düzdür, onların öz ölkəsində də nüfuzları aşağıdır, seçkilərdə yığdıqları səs çox aşağıdır. Həmçinin, onların mövqeyini sivil, ciddi gürcü dairələri bölüşmürülər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, bununla belə bu siyasətçiklərin çox təhlükəli oyun oynadıqlarını demək lazımdır və onların son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür: “Cənubi Qafqaz kimi həssas bir bölgədə Azərbaycan-Gürcüstan dostluğu sülhün və əmin-amanlığın əsas dayaqlarından biridir. Görünür xaricdə müəyyən dairələr üçün Ermənistan faktoru azdır, indi onlar gərginlik üçün gürcü İŞİD-dən istifadə etmək istəyirlər.
Ancaq Azərbaycan və Gürcüstan heç zaman provokasiyaya getməyəcəklər və regionu yeni gərginlik ocağına çevirmək cəhdi baş tutmayacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB