"Səfər iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin yeni başlanğıcıdır" RƏY-ÖZƏL
"Azərbaycan-Çin arasında iqtisadi layihələrin həyata keçirilməsində birgə əməkdaşlıq çox vacibdir. Ölkə Prezidenti İlham Əliyevin Çinə səfərini də iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələrin yeni başlanğıcı kimi qiymətləndirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.
Çinin reallaşdıracağı "Bir kəmər, bir yol" layihəsinin Azərbaycan üzərində Avropa istiqamət götürdüyünü deyən deputat söyləyib ki, sözügedən layihə ölkə büdcəsinə əlavə gəlirlər gətirəcək.
S. Əliyeva vurğulayıb ki, Azərbaycan Şərqlə Qərbin arasındakı ən önəmli körpüdür: "Bir kəmər, bir yol" layihəsi də vaxtilə Azərbaycan tərəfindən inşa edilən əhəmiyyətli infrastruktur layihələri hesabına reallaşacaq. Layihənin təkcə ticari deyil, həm də nəqliyyat layihəsi olduğunu nəzərə alsaq deyə bilərik ki, bu təşəbbüs Azərbaycanın qeyri-neft sektorunun inkişafına da mühüm töhfələr verəcək".
Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə səfəri zamanı Bir sıra Çin şirkət rəhbərləri ilə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat qeyd edib ki, görüşlər zamanı aparılan müzakirələrdən bir daha aydın oldu ki, Çinin böyük şirkətləri Bakı ilə əməkdaşlıqda maraqlıdırlar: "Çinin müxtəlif sahələrini əhatə edən şirkətləri də anlayır ki, Azərbaycanda mövcud olan sabitlik, eləcə də sahibkarlıq üçün əlverişli şərait bura qoyulan investisiyaların hədərə getməsinə imkan vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB