Türkiyə-Azərbaycan hərbi təlimlərini xüsusi diqqət mərkəzində saxlamaq gərəkir, təxribatlar mümkündür, çünki ordu artıq yüksək hərbi hazırlıq səviyyəsinə çatdırılıb. SİA Ermənistana məxsus tert.am saytında dərc olunan məlumata istinadən xəbər verir ki, bunu qondarma "Dağlıq Qarabağ"ın qondarma preidentinin mətbuat katibi David Babayan deyib.
David Babayan Azərbaycan tərəfinin may ayında sərhəd zonasında təxribatlar sala biləcəyini inkar etmək olmaz, deyə bildirib.
"Unutmayaq ki, Türkiyə hər zaman Qarabağ münaqişəsində əhəmiyyətli rol oynayıb. Aprel döyüşlərində də onlara ordu zabitləri, həmçinin terroristlər də qoşulub", - deyərək sayıqlayan Babayan qorxusunu da gizlədə bilməyib.
David Babayan xatırladıb ki, aprel döyüşlərindən öncə də Türkiyə-Azərbaycan hərbi təlimləri keçirilirdi.
"Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlığı hər zaman yüksək səviyyədə olub. Biz heç zaman həqiqətdən kənarda olmamalıyıq və unutmamalıyıq ki, Azərbaycanla mübarizədə bizim qarşımızda eyni zamanda Türkiyə də dayanır"- deyə o bildirib.
Babayan etiraf edib ki, Türkiyənin Ermənistana qarşı aktiv fəaliyyət göstərməməsi üçün düzgün geosiyasət qurulmalıdır və hətta Rusiya hərbi bazasının Ermənistan ərazisində simvolik olaraq saxlanılması belə Türkiyəni neytrallaşdırır və Ermənistanı təhlükələrdən qoruyur. O eyni zamanda qorxusunu belə gizlədə bilməyərək etiraf edib ki, Ermənistanın tək qalması sadəcə ölkə üçün fəlakətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB