Ötən il dünyada 1.39 milyard mobil telefon satılıb

Ötən il dünyada 1.39 milyard mobil telefon satılıb
2010-cu ildə dünyada 1.39 milyard mobil telefon satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İDC analitik şirkəti tərəfindən məlumat verilib. 2009-cu illə müqayisədə ötən il mobil telefon satışı 18.5 faiz artıb. Belə ki, 2009-cu ildə dünyada 1.17 milyard mobil telefon alınıb.

2009-cu ildə olduğu kimi ötən il Finlandiyanın Nokia şirkəti 32.6 faizlə, Cənubi Koreya şirkəti olan Samsung 20.2 faizlə, LG electronics isə 8.4 faizlə bazarın liderləri olublar. Bazarda 4-cü 5-ci yerləri çinə məxsus ZTE və Amerikaya məxsus Apple şirkəti tutub. Apple bir ildə 47.5 milyon smartfon satıb.

Bütün xəbərlər Facebook səhifəmizdə