"Fransada yaşayan 700 min erməniyə ünvanlanan mesaj səni xilas edə bilməz". SİA-nın xəbərinə görə, bu sözləri Ərdoğan Makrona ünvanlayıb.
Ermənilərin tert.am saytı bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında yenidən erməni soyqırımı mövzusuna toxunub.
"Ermənilərin köçürülməsi nə soyqırımı, nə də böyük bir faciə idi. Bu, 100 il əvvəl çətin şəraitdə baş verən acı bir hadisə idi ", - deyə Türkiyə prezidenti bildirib.
Rəcəb Tayyib Ərdoğan yenidən erməni soyqırımını tanıyan ölkələrə, xüsusilə Fransaya və bu ölkənin prezidenti Emmanuel Macrona irad bildirib.
"Türkiyəni ittiham edən ölkələr birinci və ikinci dünya müharibələrində 70 milyon insanın ölümünə görə cavabdehdirlər. Fransa prezidenti bunu yaxşı bilsin. Cənab Macron, Fransada yaşayan 700 min erməniyə ünvanlanan mesajla çıxış sizi xilas edə bilməz. Siyasətdə ilk növbədə dürüst olmağı öyrənin "-deyib Əroğan.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB