YAP Gənclər Birliyinin III konfransının iştirakçıları Qəbələ rayon 2 saylı orta məktəbə baxış keçiriblər

YAP Gənclər Birliyinin III konfransının iştirakçıları Qəbələ rayon 2 saylı orta məktəbə baxış keçiriblər
Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin III konfransından öncə tədbir iştirakçıları Qəbələ rayon 2 saylı orta məktəbdə olublar. SİA-nın məlumatına görə, YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, icra katibinin sədr müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, millət vəkilləri Bahar Muradova, Məlahət İbrahimqızı, Fəttah Heydərov, Rauf Əliyev və digər dövlət rəsmiləri məktəbdə idman zalına, kitabxanaya, sinif otaqlarına baxış keçiriblər, dərs prosesinin gedişatı ilə maraqlanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə