YAP-ın Gənclər Birliyinin III konfransından öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTO

YAP-ın Gənclər Birliyinin III konfransından öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Qəbələdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin III konfransı keçiriləcək. SİA-nın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, konfransdan öncə iştirakçılar - YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, millət vəkilləri Bahar Muradova, Məlahət İbrahimqızı, Rauf Əliyev və digər dövlət rəsmiləri, Gənclər Birliyinin üzvləri şəhərdə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə çiçək dəstələri qoyublar.
Qeyd edək ki, konfrans bu gün saat 11:00 da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə