Misirdəki üsyanın arxasında ABŞ durur?

Misirdəki üsyanın arxasında ABŞ durur?

ABŞ səfirliklərinə aid gizli yazışmaları ictimaiyyətə açıqlayan "Wikileaks" saytının yayımladığı son sənədlər Misirdəki üsyan təşkilatçılarının ABŞ tərəfindən maliyyələşdiyini ortaya qoyur. SİA-nın məlumatına görə, Norveçin "Aftenposten" qəzetinin nəşr etdiyi sənədlərdə göstərilir ki, ABŞ Misir prezidenti Hüsnü Mübarəkə təzyiqlərini artırmaq üçün bu ölkədəki demokratiya tərəfdarlarına on milyonlarla dollar məbləğində yardım edib. 6 dekabr 2007-ci il tarixində ABŞ-ın Qahirədəki səfirlikdən Vaşinqtonda göndərilən sənəddə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 2008-ci ildə 66,5 milyon, 2009-cu ildə isə 75 milyon dollar yardımla Misir müxalifətinə dəstək verdiyi qeyd olunub.

"Aftenposten" Hüsnü Mübarəkin ABŞ-ın demokratiya hərəkatına dəstək verməsindən şübhələndiyini, buna baxmayaraq yardım proqramları vasitəsilə ABŞ-ın Misirdə demokratik təşkilatların qurulmasına dəstək verməyə davam etdiyini yazıb. Qəzetin yayımladığı ikinci sənəd ABŞ-ın Misirdəki demokratiya infrastrukturunun güclənməsi üçün xərclədiyi pulun həm də Misir hökuməti tərəfindən icra edilən proqramlara verildiyini göstərir.

Sənədə görə, Misir Beynəlxalq Əməkdaşlıq Naziri Fayza Abou edilən yardımlarla bağlı ABŞ-ın Misirdəki səfirliyinə bir məktub göndərib. Məktubda ABŞ Beynəlxalq İnkişaf Agentliyindən qeyri-hökumət təşkilatları kimi qeydiyyata alınmayan 10 təşkilata yardımın kəsilməsi istənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə