AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex (Joseph Debono Grech - Malta) və Pedro Aqramunt (Pedro Agramunt – İspaniya) fevralın 1-3-də Azərbaycanda səfərdə olacaqlar. SİA-nın AŞ-nin rəsmi saytında istinadən verdiyi məlumata görə, həmməruzəçilər prezident İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror, Ali Məhkəmənin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcəklər.

 

Bundan başqa, həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ombudsman, diplomatik korpusun üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü nəzərdə də tutulur. Eyni zamanda AŞPA həmməruzəçiləri səfər çərçivəsində Sumqayıta da gedəcəklər və orada yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcəklər.

 

Həmməruzçilər səfərin yekunlarına dair fevralın 3-də mətbuat konfransı keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə