Keçən həftə ölümlərlə müşayiət olunan gərginliyin yaşandığı Albaniyada ana müxalifətdəki Sosialist Partiyasının öncüllüyü ilə sol partiyaların mitinqi başlayıb.
SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Tiranada 10 ayrı mərkəzdə toplanan minlərlə müxalifət tərəfdarı əllərində çiçək və şamlarla Nazirlər Kabinetinin qarşısındakı meydana tərəf yürüş edir.
Sosialist Partiyasının sədri Edi Rama millət vəkilləri və müxalifətdəki digər partiyaların liderləri ilə birlikdə Nazirlər Kabinetinin binası qarşısında gözləyir. Yanvarın 21-dəki aksiyada dünyasını dəyişən 3 nəfərin portretlərinin asıldığı Nazirlər Kabineti binası qarşısındakı meydanda qələbəliyin getdikcə artdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB