İranda Azərbaycan dilində dərc olunan yeganə dərgi "Yarpaq" bağlanıb

İranda Azərbaycan dilində dərc olunan yeganə dərgi "Yarpaq" bağlanıb

Tehranda fəaliyyət göstərən "Yarpaq" dərgisinin təsisçi Eyvaz Tahanın sözlərinə görə, materialların böyük hissəsi Təbriz, Ərdəbil, Urmiya və Bakıda hazırlanırmış. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, "Yarpaq" Pişəvəri hökumətinin hakimiyyətindən sonra İranda rəsmi icazə ilə bütövlükdə Azərbaycan dilində nəşr olunan yeganə jurnaldır. Bütün qəzet və dərgilərdə fars dilində yazılara geniş yer verilməsi zəruridir və Pişəvəri hökumətindən sonra "Yarpaq" bu şərtələrə əməl etməyən birinci istisnadır.

İranda nəşr olunan yeganə dərgi "Yarpaq"ın çapı dayandırılıb. Bu barədə Yarpağın internet səhifəsi məlumat yayıb. Xəbərdə deyilir ki, Güney Azərbaycan düşüncəsinin danışan dili susduruldu. Eyvaz Taha bu dərginin sahibidir. O bir müddət Azərbaycan Respublikasında İran səfirliyinin mədəniyyət işçisi olub.

Dərginin bağlanması xəbəri, "Yarpaq qəzetinin yaradıcı heyəti" adından yazılıb ve orada dərginin üzləşdiyi problemlərə işarə olunub. Məlumatda deyilir: "Bir neçə dəfə növbəti sayımızın buraxılışına təşəbbüs göstərsək də hər dəfə yeni maneələrlə qarşılaşdıq. Nəhayət, "Yarpağ"ın nəşri barədə verilən icazə İranın Mətbuata Nəzarət Şurası tərəfindən ləğv olundu və "Yarpaq" son maneəni aşa bilmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə