İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvanı vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə