Xorvatiyanın XİN rəhbəri Azərbaycana səfər edib

Xorvatiyanın XİN rəhbəri Azərbaycana səfər edib

Xorvatiya Baş nazirinin müavini və Xarici və Avropa Əlaqələri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib. SİA-nın verdiyi məlumata görə, nazir səfər çərçivəsində aprelin 29-da Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) Səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə