Gəncəyə yeni avtobuslar gətirilib

Gəncəyə yeni avtobuslar gətirilib

Gəncə şəhərinə "İsuzu" markalı yeni sərnişin avtobusları gətirilib. Bu barədə SİA-nın bölgə müxbirinə 1 saylı Regional Nəqliyyat Departamentindən məlumat verilib.

Məlumata görə, yeni avtobuslar 25 ədəddir. Hər bir avtobus 22 oturacaqlı olsa da, ümumi sərnişin tutumu 43 nəfərdir. Yeni avtobuslar fevral ayının 1-dən şəhər sakinlərinin istifadəsinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə