Azərbaycan Prezidenti RWE şirkətinin idarə heyətinin sədrini qəbul edib

Azərbaycan Prezidenti RWE şirkətinin idarə heyətinin sədrini qəbul edib

Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman ilə görüşüb.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Qeyd olundu ki, RWE şirkəti Azərbaycan ilə enerji sahəsində səmərəli əməkdaşlıq qurub.

Energetika sahəsində əlaqələrin önəminin qeyd olunduğu görüşdə RWE şirkətinin Azərbaycan və bütövlükdə Xəzər regionu ilə əməkdaşlıqda, ölkəmizə investisiya qoymaqda maraqlı olduğu bildirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə