İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin yanvarın 28-də Davosda görüşü olub.
SİA-nın xəbərinə görə, bu görüşə böyük əhəmiyyət verdiklərini deyən Azərbaycan və Polşa prezidentləri ölkələrimiz arasında uğurlu əməkdaşlığın davam etdiyini vurğuladılar.
Görüşdə ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında, xüsusilə də "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyəti, o cümlədən Polşanın bu istiqamətdə dəstəyi qeyd olundu.
Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Polşa siyasi, iqtisadi və müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.
Dövlət başçıları münasibətlərin bundan sonra da inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi apardılar.
Prezident İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskini Azərbaycana səfərə dəvət etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB