"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri çox rəngarəng və əhəmiyyətli olması ilə yanaşı ölkəmizin dünya iqtisadiyyatının tam tərkib hissəsi olması üçün perspektivlər açır". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, səfər çərçivəsində Prezident telekomunikasiya, energetika və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm görüşlər keçirib. “Bir kəmər, bir yol” Forumu nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarət və turizmin inkişafına stimul verir: "Bu forumun baş tutması və nəzərdə tutulan layihələrin həyata keçməsi ilk növbədə Azərbaycanın iştirakı və ciddi səyi nəticəsində reallaşan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləridir. Bu nəqliyyat dəhlizləri hesabına Avropa Asiya və Şərq ölkələri arasında sıx iqtisadi və mədəni əməkdaşlıq yaranmasına yol açıb. Həmçinin bu layihə Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstəcək. Forumun əhəmiyyətinin yüksək olması Çin paytaxtına toplaşan və bütün qitələri əhatə edən dövlətlərin tərkibini sübut edir.
Forumun ölkəmiz üçün ən önəmli əhəmiyyəti Dağlıq Qarabağ probleminin qaldırılması oldu. Ölkə Prezidentinin forumda çıxış zamanı bu məsələ xüsusi olaraq vurğulandı. Dövlət başısının çıxışı zamanı verdiyi mesaj bu layihələrin təhlükəsiz və qarantlı həyata keçməsi üçün regionda stabil sülh olmasının təmin olunmasına hesablanmışdı. İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinp və Rusiya Prezidenti Vladimir Putinlə görüşləri zamanı Dağlıq Qarabağ problemi ciddi müzakirə olundu. Bu görüşlər Azərbaycan üçün Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda öz ədalətli mövqeyini qorumaq üçün çox vacib faktordur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB