"Son məktubunda Anar yeni ilimizi təbrik edib, hər kəsə salam söyləyib". Bu barədə SİA-nın bölgə müxbirinə əsirlikdə olan Anar Hacıyevin anası Nailə Məmmədova bildirib. Onun sözlərinə görə, sonuncu dəfə oğlundan məktubu dekabr ayının 20-də alıblar.
"Əsir düşdükdən bu günə kimi 12 məktub yazıb. Oğlum barəsində çox gec-gec məlumat verirlər", -deyə N.Məmmədova əlavə edib.
Billdirək ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu Goranboy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. 2009-ci ilin may ayında Füzuli rayonu istiqamətində naməlum şəraitdə əsir düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB